Şəhid anası vəfat edib - FOTO 

09:21 02.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprel döyüşlərində şəhid olan Sərvan Mehrəliyevın anası vəfat edib. 

 

Hafta.az xəbər verir ki, bu barədə şəhid qardaşı Elyar İslamoğlu məlumat yayıb. O qeyd edib ki, şəhidin anası Xatirə xanım bu gün dünyasını dəyişib. O, Ağdamda, oğlunun yanında dəfn olunub.

 

Allah rəhmət eləsin. 

 

Qeyd edək ki, 1997-ci il təvəllüdlü S.Mehralıyev 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.